İŞİD İspaniya səfirliyini partlatdı
Liviyanın paytaxtı Tripolidə İspaniya səfirliyinin binası partladılıb.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, insan itkisi qeydə alınmasa da, binaya zərər dəyib.
Ehtimallara görə, partlayıcı qurğu səfirliyin binasının yaxınlığında yerləşdirilib. Qurğunun İŞİD terrorçuları tərəfindən quraşdırıldığı güman edilir. Bu arada İŞİD qruplaşması sosial şəbəkələrdə terror aktını törətdiklərini etiraf ediblər.
Xatırladaq ki, ispan diplomatlar Liviya ərazisini hələ ötən ilin yayında tərk ediblər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik