Akkumulyator oğrusu danışdı: "Uşağım xəstə olduğundan eləmişəm"
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtomobillərdən akkumulyator oğurlayan Kərimov Taleh Valeh oğlunu yaxalayıblar.
APA TV-nin xəbərinə görə, istintaqla müəyyən edilib ki, zərərçəkənlər Natiq Eyvazov və Murad Əkbəroğlu polisə müraciət edərək, avtomobillərinin akkumulyatorunun naməlum şəxs tərəfindən oğurlandığını bildiriblər.
"Xırdalanda gəzirdim, quşçuluq fabrikinin yanında maşından akkumulyatorunu aparmışam. O birini də Həsən Əliyev küçəsindən aparmışam. Sonra "Ulduz" metrosunun yanından aparıb satmışam".
Polisdən bildiriblər ki, zərərçəkənlər maşına oturduqdan bir müddət sonra avtomobillərindən akkumulyatorun oğurlandığını biliblər. Əməliyyatçılar hesab edir ki, bu, 1992-ci il təvəllüdlü olan Kərimovun ilk əməli deyil. Çünki avadanlıqların avtomobilə heç bir xəsarət toxunulmadan çıxarıldığı təsdiq olunub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik