Susuzluqdan bezən sakinlər kənddən köçmək istəyir

# 14:01
20 oktyabr 2021

Kürdəmirdə su ilə bağlı problem yaşanır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qarasu kənd sakinləri susuzluqdan əziyyət çəkdiklərini deyirlər. Onlar deyir ki, kənddə 250 təsərrüfat susuz qalıb. Çəkiliş apardığımız vaxtda həqiqətən su arxlarında suyun olmadığının  şahidi olduq.

-Demək olar ki, Aprel ayından bu günə bu əraziyə su gəlməyib. Əkinlər batıb, təsərrüfat iflic vəziyyətdədir. İstəyimiz odur ki, bu əraziyə alternativ su xətti çəkilsin. Əlaqədar təşkilatlara müraciət etmişik bir səs - soraq yoxdur. Biz belə məsləhətləşmişik ki, bu ərazini boşaldaq köçüb gedək.  

- Bu kanal 1964-cü ildə çəkilib. Az əhali üçün nəzərdə tutulub. İndi təsərrüfatlar artıb.  Odur ki, su gəlib bizə çatmır. Burada 250 təsərrüfatın yaşaması cəhənnəmə çevrilib. Əkib-becərdiyimiz təsərrüfatdan heç nə əldə edə bilmirik.

-Su görmürük, su tapmırıq uşaqlarımız evə gələndə əl-ayağın yumağa su tapmır. Uzun müddətdir susuzuq. Bir gün susuz qalmaq olmur. Pul çatdırmaq olmur. Maşınla su gətirirlər. Əkib - becərə bilmirik. Su olsa əkib-becərərik də aparıb satarıq da.                                                                             

Məsələyə münasibət bildirən Kürdəmir rayon Qarasu kənd bələdiyyə sədri Ömər Abışov deyir ki, göz qabağındadır. Əhalini su ilə təmin edə bilmirik. Uzun müddətdir ki, 250 təsərrüfat susuzdur. Tədbir görürük yerli orqanlar maraqlanırlar su qıtlığı ilə əlaqədar əhalini su ilə təmin edə bilmirik. 

 

 

 

                                                                                                                            

Zahid Abışov,
Devran Əsgərov,
APA TV     
                                                                                                                 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR