Səlim Müslümov Bərdədə vətəndaşları qəbul etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bərdədə vətəndaşları qəbul edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, nazir Ağdam, Bərdə, Tərtər və, Ağcabədi rayonlarından vətəndaşların müraciətlərini dinləyib.
Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirib ki, müraciətlərin əsasını ev, ünvanlı sosial yardım və avtomobillərin verilməsi kimi məsələlər təşkil edib. Nazirin sözlərinə görə, müraciətlərin hər biri nəzarətə götürüləcək və qanun çərçivəsində həll edilərək cavablandırılacaq.
Ölkədə əlil arabalarına ehtiyacın çoxluğuna diqqət çəkən Səlim Müslümov deyib ki, bu avadanlıqların xaricdən alınması üçün hər il kifayət qədər maliyyə vəsaiti xərclənir. Bu səbəbdən Azərbaycanda yaradılacaq sənaye mərkəzlərindən birində əlil arabalarının istehsalı ilə məşğul olan müəssisənin qurulması istiqamətində işlər aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik