Güllə yağan torpaqlarda indi həyat cücərir

# 22:15
9 dekabr 2021

“Biz Tərtər rayonun Həsənqaya kəndi ərazisindəyik. Olduğumuz bu ərazi bir zamanlar qoşunların təmas xətti – qarşıdurma xətti hesab edilirdi. Ancaq Azərbaycan dövlətinin – Azərbaycan ordusunun qələbəsindən sonra gördüyünüz bu ərazilərdə əkin işləri başlayıb.”

Ermənistan-Azərbaycan arasında başlanan birinci Qarabağ müharibəsinə qədər bu kənddə azərbaycanlılarla birgə ermənilər də yaşayırdı. Lakin müharibə zamanı kənd Ermənistan ordusunun işğalına məruz qalaraq tamamı ilə dağıdılır. Sonradan Azərbaycan ordusunun əks-hücum hərbi əməliyyatı zamanı Tərtər rayonunun Həsənqaya kəndi işğaldan azad edilir. 1994-cü ildə tərəflər arasında əldə olunan atəşkəsdən sonra isə erməni hərbçilərinin döyüş postları bu kəndə yaxın ərazidə yerləşir. Məhz elə buna görə də kənddə yaşamaq çox çətin və təhlükəli olur. Amma bütün bu təhlükə və çətinliklərə baxmayaraq Həsənqayada qismən də olsa yaşayış bərpa edilir. Burada əksəriyyəti Kəlbəcər rayonundan olan 30 ailə, 97 nəfər sakin yaşayır. 44 günlük vətən müharibəsinə qədər burada yaşayan sakinlər tam təhlükənin əhatəsində qalıblar. Ermənistan ordusunun bölmələrinin Həsənqayanı atəşə tutması nəticəsində ölən və yaralananlar da olub. Həsənovlar ailəsinin qız övladı, 16 yaşlı  Həsənli Turanə ermənilərin kəndə atdığı mərmi nəticəsində həlak olub. Bu ailənin yaşadığı ilk faciə deyildi. 2018-ci ildə onların digər övladı heyvan otararkən düşmənin basdırdığı minaya düşmüşdü.

Artıq bütün çətinliklər geridə qalıb. İndi Həsənqaya sakinləri öz gündəlik işləri ilə təhlükəsiz şəkildə məşğul olurlar.

Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV Tərtər 
 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR