Türkiyə mətbuatı: SOCAR "Total"ın Türkiyədəki YDM şəbəkəsini almaq istəyir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın “Total” şirkətinə məxsus olan Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini ala bilər.
"APA-Economics"in xəbərinə görə, bu barədə Aktifmedya.com xəbər portalı yazır.
Portalın yazdığına görə, bu günlərdə "Total" rəsmən Türkiyənin YDM bazarından gedəcəyini bəyan edib.
Türkiyənin YDM bazarının həcmi 80 milyard türk lirəsi həcmində ölçülür. "Total"ın bazarda payı 5,3% təşkil edir.
Nəşr iddia edir ki, "Total"ın yanacaqdoldurma məntəqələrini məntəqələrini almaq istəyənlər sırasında SOCAR və BP kimi şirkətlər var.
SOCAR-dan sözügedən məsələyə münasibət bildirilmədi.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik