Azərbaycan Nepala humanitar yardım göndərdi
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.
APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.
Prezidentin göstərişinə uyğun olaraq həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik