Qələbənin 70 illiyinə həsr olunmuş tədbir keçirilib
Tədbirdə liseyin rəhbər heyəti, zabit və kursantları, Böyük Vətən müharibəsi veteranları iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən polkovnik Rəhim Səmədov bildirib ki, 1941-1945-ci illərdə faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın böyük rolu olub. 2 milyon 800 min əhalisi olan Azərbaycandan ordu sıralarına 700 min nəfər yollanıb. Onlardan 300 mini geri qayıtmayıb.
Böyük Vətən müharibəsi veteranı Hüsü Həsənov Azərbaycan diviziyalarının göstərdiyi qəhrəmanlıqdan danışıb.
Tədbir kursantların təqdimatında bədii hissə ilə davam etdirilib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik