İrəvanda əsgər anaları prezidentin iqamətgahı qarşısında aksiya keçirməyə cəhd ediblər
Bu gün qeyri-döyüş şəraitində ölmüş erməni hərbi qulluqçularının valideynləri Ermənistan prezidentinin iqamətgahı qarşısında növbəti aksiya keçirməyə cəhd göstəriblər.
APA TV-nin Ermənistanın "epress.am" saytına istinadən verdiyi məlumata görə, onlar Ermənistan prezidenti ilə görüşmək niyyətində imiş.
Amma əsgər anaları ciddi polis zorakılığı ilə üzləşib, polislər onları itələyib və döyüb. Əsgər anaları dəfələrlə Prezident Administrasiyasının qarşısına toplaşmağa cəhd etsələr də, polis zorakılıqla bu addımın qarşısını alıb.
Polislər məlumat verib ki, Prezident Administrasiyasının qarşısına toplaşmaq bu il fevralın 11-dən qadağan edilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri