Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib
Bu gün səhər 6:30 - 07:00 radələrində Yalamadan Bakıya gələn elektrik qatarında yanğın baş verib. “Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, sərnişin və maşinistlər dərhal evakuasiya olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.
Araşdırma zamanı yanğına elektrik söndürülməmiş siqaret səbəb olub. Dəmir yolu yanğın bərpa qatarının vasitəsilə elektrik qatarında yanğın söndürülüb. Artıq xəttə üzrə yol açılıb, yanğın baş verən qatar depoya gətirilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri