Qızılcaya qarşı peyvəndlər bu tairxdə gətiriləcək – APA TV
Qripə qarşı peyvəndləməyə yeni başlanılıb. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib. O, bildirib ki, qripə qarşı peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilib və artıq prosesə başlanılıb. Bununla bağlı statistik rəqəmlər bir ay sonra açıqlana bilər. Vüqar Qurbanovun sözlərinə görə, qızılca ilə bağlı isə vəziyyət stabildir. O, qeyd edib ki, reanimasiya şöbələri tam hazır vəziyyətdədir və ehtiyac olduğu halda çarpayı sayı artırıla bilər. Əlavə edib ki, ilin sonuna doğru üst yaş kateqoriyaları üçün də qızılcaya qarşı peyvəndlərin Səhiyyə Nazirliyi tərəfindən gətirilməsi nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu