Vətəndaşlardan 103 min manat alan dələduz qadına 8 il həbs - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA TV-nin “Lent.az”a istinadən yaydığı məlumata görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Səkinə Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. Eləcə də, o, zərərçəkmiş şəxslərə dəyən zərəri ödəməli olacaq.
Qeyd edək ki, 48 yaşlı Səkinə Məmmədova Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək ümumilikdə 103 min 650 manat dələduzluq edib və Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri