Ağdamda 6-cı sinif şagirdi bacısını güllələdi
Azərbaycanın Ağdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Xıdırlı kəndində qeydə alınıb.
Məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6-cı sinifdə oxuyan qardaşı Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən Hüseynin əlindəki silahdan atəş açılıb və Ayşənə dəyib. Nəticədə Ayşən Həsənova aldığı güllə yarasından ölüb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri