Eyfel qülləsi cibgirlərə görə bağlandı
Fransada Eyfel qülləsinin işçiləri etiraz aksiyası keçirib.
APA TV-nin məlumatına görə, etiraz aksiyası səbəbindən qüllə ziyarətçilərin üzünə bağlanıb.
Etiraza səbəb ölkənin ən görməli yerinin yaxınlığında cibgirlərin sayının artmasıdır. Məlumata görə, cibgirlər 4-5 nəfərdən ibarət dəstə təşkil edirlər. Hərdən onların sayı 30-a çatır.
Qüllə əməkdaşların əsas tələbi "hər gün çoxsaylı turistin qurbanı olduğu bu müsibətə son qoymaq üçün uzunmüddətli və effektiv tədbirlərin qəbul edilməsi ilə bağlı rəhbərlikdən rəsmi zəmanət almaq"dır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri