Şəkidə canavarlar kəndə hücum etdi
Şəkidə vəhşi heyvanlar kəndə hücum ediblər. APA-nın yerli bürosunun verdiyi məlumata görə, ötən gecə Qudula kəndində canavarlar Fikrət Məmmədov, Əlövsət Süleymanov, Fikrət İbrahimov və Nemət Əliyevə məxsus şəxsi təsərrüfatlara hücum edərək, 60-dan çox xırdabuynuzlu heyvanı məhv edib.
Hadisə ilə bağlı Şəki Rayon İcra Hakimiyyəti başçısının Qudula kəndi üzrə nümayəndəsi Rəşad Cumayev APA-ya bildirib ki, hazırda təsərrüfatlara dəymiş ziyan dəqiqləşdirilir.
Onun sözlərinə görə, hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib: “Hazırda idarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş heyvanlar təlimata uyğun məhv ediləcək”.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri