Lənkəranda zəncirvari qəza: - 4 maşın toqquşdu
Lənkəranda zəncirvari qəza olub.
Hadisə köhnə Ələt - Astara avtomobil yolunun, Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəzada "NİVA" markalı minik avtomobili, "VAZ-2106" markalı minik avtomobili, "Mitsubishi Pajero" markalı minik avtomobili və "Ford Transit" markalı yük avtomobili toqquşub. Zəncirvari qəzada sürücülərdən biri -Masallı rayon sakini, 39 yaşlı Cavid Kazımov və piyada Gülnaz Cahangirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Ekspertizanın verəcəyi rəydən sonra qəzada hansı avtomobil sürücüsünün günahkar olduğu məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Ilkin Rzayev, Rövşən Almazoğlu, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib