Bank Of Baku

Əfqanıstanda “Taliban” hücumu: 10 polis öldü, 3-ü girov götürüldü

# 10:40
25 may 2015

Əfqanıstanda “Taliban” döyüşçülərinin hücumları nəticəsində ən azı 10 polis əməkdaşı həlak olub.

 

APA TV-nin məlumatına görə, hadisə Əfqanıstanın cənubundakı Gilment əyalətində baş verib.

 

Taliblərin Sangin rayonunda 10-dək polis postuna hücum etdiyi xəbər verilir. Terrorçular daha 3 polisi girov götürüblər.

 

Qeyd edək ki, radikal yönümlü “Taliban” hərəkatı Əfqanıstan ərazisində irimiqyaslı terrorçuluq fəaliyyəti göstərir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR