Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib
Ağdamda “Bakı-2015. İlk Avropa Oyunlarına dəstək” adlı tədbir keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov ilk Avropa Oyunlarının təşkili və görülən işlər barədə danışıb.
O deyib ki, "Bakı-2015" yarışlarının Avropa idman tarixində yeni səhifə açacağı məlumdur. Bu tarixin açılmasına və yazılmasına prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkə ictimaiyyəti və minlərlə könüllü Azərbaycan gənci dəstək verəcək.
Yerli ictimaiyyət nümayəndələrinin, ziyalıların qatıldığı tədbirə "Son zəng"i qeyd edən yüzlərlə yeniyetmə məzun qatılıb. Hər iki tədbir birləşərək böyük konsert proqramı ilə davam etdirilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri