Azərbaycanda 19 nəfəri ilan sancıb
Bu il may ayının 1-dən indiyədək Azərbaycanda 19 nəfəri ilan sancıb.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, 16 hadisə ötən ay, 3 hadisə isə bu ay qeydə alınıb. Zərərçəkənlərdən 15-i xəstəxanaya yerləşdirilib, onlardan da 2-si azyaşlıdır.
İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 3 nəfər müalicəsini davam etdirir.
İlan sancma halları Şamaxı, Qəbələ, İsmayıllı və Bakıətrafı qəsəbələrdə-Zirə, Qaradağ və digər ərazilərdə baş verib. Azər Maqsudov qeyd edib ki, bu günə kimi əqrəb sancması ilə bağlı 1 müraciət daxil olub. Qaraqurd sancması faktı isə qeydə alınmayıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri