Bank Of Baku

Ukraynada yenidən şiddətli döyüşlər başladı

# 10:53
4 iyun 2015

Ukraynada atəşkəs rejimi pozulub. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Donetsk ətrafında şiddətli döyüşlər başlayıb.

 

Rəsmi Kiyev baş verənlərdə separatçıları təqsirləndirir. Donetskin Marinka qəsəbəsi istiqamətində separatçılar tankların müşayiəti ilə hücuma keçiblər.

 

Tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbərliyi də döyüşlərin başlanmasını təsdiqləyib. Onlar, əksinə, Ukrayna hərbçilərinin hücuma keçdiyini və bunun nəticəsində 15 dinc sakinin öldüyünü deyirlər. Kiyev isə bu döyüşlərin artıq Krasnoqorovka və Şirokino ətrafında da başladığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR