İranın eks-prezidentinin oğlu 10 il azadlıqdan məhrum edilib
İranın sabiq prezidenti, nüfuzlu siyasətçi Əkbər Haşəmi Rəfsəncaninin oğlu Mehdi Haşəmi iqtisadi cinayətlər törətməkdə təqsirkar bilinərək 10 il azadlıqdan məhrum edilib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, baş prokuror Mohsen Əcəinin sözlərinə görə, Haşəmi rüşvətxorluqda, dövlət vəsaitlərini mənimsəməkdə, dələduzluqda və dövlət təhlükəsizliyini pozmaqda ittiham olunub.
Mehdi Haşəmi barəsində proses ötən ilin avqustunda dövlət təhlükəsizliyi sahəsində cinayətlərlə məşğul olan İnqilab Məhkəməsində başlayıb. Dinləmələr qapalı olub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri