Bank Of Baku

Avstriya MOK-un prezidenti Azərbaycan hakimiyyətinə təşəkkür edib

# 14:43
12 iyun 2015

Avstriya Milli Olimpiya Komitəsinin prezidenti Karl Ştoss Bakıda yol qəzası nəticəsində xəsarət alan avstriyalı idmançıların Vyanaya göndərilməsində göstərilən köməyə görə Azərbaycan hakimiyyətinə minnətdarlıq edib.


APA-nın məlumatına görə, bunu Karl Ştoss TASS-ın müxbirinə deyib.

 

Onun sözlərinə görə, Avstriyaya gətirilən 15 yaşlı Vanessa Sahinoviç artıq əməliyyat olunub, Verena Breyt isə Bakıda qalsa da, yarışlara qatıla bilməyəcək: “Bu hadisənin niyə baş verdiyi öyrənəcəyik. Eyni zamanda idmançıların Avstriyaya göndərilməsini təşkil edən yerli nəqliyyat qurumuna təşəkkür etmək istərdim. Bu, çox dəhşətli hadisə idi. Digər tərəfdən biz gələcəyə baxmalıyıq, komandamıza inanmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR