Karateçimiz Rafael Ağayev finala vəsiqə qazandı!
Karate yığmamızın lideri, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev finala vəsiqə qazanıb. Qrup mərhələsində keçirdiyi üç döyüşdən ikisində qalib gələn karateçimiz yarımfinalda almaniyalı idmançı Noa Bitşlə qarşılaşıb. Rəqibini minimal hesabla məğlub edən Rafael Ağayev qızıl medallar uğrunda mübarizə aparmaq şansı əldə edib. O finalda italiyan Busa Luici ilə qarşılaşacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri