Bakı-Quba yolunda 9 maşın bir-birinə çırpıldı
Bakı-Quba yolunda baş verən qəza zamanı sürücü xəsarət alıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Quba yolunda "İsuzu" və "Kamaz" markalı iki yük avtomobili bir-birinə çırpılıb. Nəticədə "İsuzu"nun sürücüsü 36 yaşlı Ağayev Elnur Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əldə etdiyimiz məlumata görə, qeyd olunan yolda müşahidə olunan qatı dumana görə daha 7 avtomobil bir-birinə çırpılaraq qəza törədiblər. Həmin qəzada isə ölən və ya yaralanan olmayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib