Xetaq Qazyumov finalda!
Azərbaycanın sərbəst güləş yığması Avropa Oyunlarına uğurla start verib. Avropa və dünya çempionumuz Xetaq Qazyumov artıq final mərhələsinə vəsiqəni təmin edib.
APA TV-nin xəbərinə görə, ilk üç görüşünü qələbə ilə başa vuran güləşçimiz yarımfinalda Rusiya təmsilçisi Abdusalam Qadisovla qarşılaşıb. Gərgin keçən görüşü 4:2 hesabı ilə başa vuran Qazyumov qızıl medallar uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi Gürcüstan təmsilçisi Elizbar Odikadze olacaq.
Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışlarına sabah yekun vurulur. Azərbaycan idmançıları sabah 4 çəki dərəcəsində mübarizə aparacaqlar.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri