Goranboyda minik maşını traktorla toqquşub, ölən var

# 12:27
30 dekabr 2021

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Naftalan-Goranboy yolunun Qızılhacılı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub.

Qəza zamanı  “VAZ”  markalı maşının sürücüsü 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlu hadisə yerində ölüb. Əraziyə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır

 

Fuad Nazimoğlu, Mehdi Məmnədov, APA TV, Goranboy

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR