Boksçumuz Albert Səlimov finalda!
Azərbaycan boksçusu Albert Səlimov I Avropa Oyunlarının finalına vəsiqə qazanıb.
APA TV-nin xəbərinə görə, 60 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli boksçumuz yarımfinalda gənc rəqibi Sin Makkombu (İrlandiya) sınağa çəkib.
Bundan öncə 2 rəqibini mübarizədən kənarlaşdıran idmançımız finala gedən yolun son görüşündə də qələbə seriyasını davam etdirib. O, layiqli döyüş sayəsində 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gəlib və finalda iştirak hüququ qazanıb.
Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) - Mateuş Polski (Polşa) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri