Bank Of Baku

Sabah 40 dərəcə isti olacaq

# 13:28
27 iyun 2015

İyunun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR