Şəkidə 16 yaşlı oğlan velosipeddən yıxılaraq öldü
Şəkidə bədbəxt hadisə baş verib.
Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri Məzahir Əliyev-21 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Murad Bayram oğlu Həsənov velosipedlə elə həmin küçədə hərəkətdə olarkən velosipedi aşırıb.
Nəticədə 16 yaşlı Murad Həsənov başından qapalı kəllə-beyin travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkimlərin səyinə baxmayaraq, Murad Həsənov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri