Ermənistanın yük maşınları yolda qaldı

# 18:38
20 fevral 2023

Gürcüstanda təxminən 15 gündür davam edən qarlı hava şəraiti beynəlxalq yolların bağlanmasına səbəb olub. Yaranmış vəziyyətlə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti bir sıra istiqamətlərdə xüsusi rejim tətbiq edir. Əsas məhdudiyyət Gürcüstanın Rusiya ilə yeganə quru yolu olan və Yuxarı Lars gömrük keçid məntəqəsinə aparan Mtsxeta-Stepansminda-Lars yolu üzərində tətbiq olunur. Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşən yolun Qudauri-Kobi seksiyasında mütəmadi şəkildə qar təmizləmə və duz səpmə işləri aparılsa da kəskin soyuq və yağan qar, həmçinin qar uçqunu təhlükəsi ötən 2 həftə ərzində yolun bağlanmasına səbəb olub. Bu isə yol üzərində yük maşınlarının uzun növbələrinin yaranması ilə nəticələnib.  “Hərbi yol” kimi də tanınan Lars yolu eyni zamanda Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yoldur. Bu baxımdan yolda qalan əksər yük maşınlarının da Ermənistana məxsus olduğu müşahidə edilir.

Analoji vəziyyət Gürcüstanı Türkiyə ilə əlaqələndirən digər yollarda da yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR