Qalada minik maşını yük maşınına çırpıldı: sürücü öldü
Bakıda ağır yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Qala qəsəbəsində qeydə alınıb.
1950-ci il təvəllüdlü Eldar Sultan oğlu Şabanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil “BMC” markalı yük avtomobili ilə toqquşub. İlkin ehtimala görə, qəza "VAZ" markalı maşının sürücüsünün yuxulaması və ya ürək tutması səbəbindən baş verib.
Yük maşınının sürücüsü: "Dayanmışdım, bir də gördüm gəlib elə həmən sürətlə girdi maşına..."
Qəza zamanı Eldar Şabanov hadisə yerində ölüb. Şabanovun cəsədi xilasedicilər tərəfindən avtomobil çıxarılıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri