Bakıda kişi keçmiş arvadını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Eyvaz Əzizağa oğlu Kərimov keçmiş arvadı, 1980-ci il təvəllüdlü Ülkər Nazim qızı Abdullayevanın döş qəfəsinə və qarın nahiyəsinə daxilə nüfuz edən bıçaq xəsarətləri yetirib.
Ü.Abdullayeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində E.Kərimov tutulub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri