Məşhur aktyor Ömər Şərif dünyasını dəyişdi
Məşhur Hollivud aktyoru Ömər Şərif 83 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat yayıb.
Dünya şöhrətli aktyor son illər Altsqeymer xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Ömər Şərif (Mişel Demitri Şəlhub) 1932-ci il aprelin 10-da Misirdə doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962-ci ildə "Oskar" mükafatının sahibi olub. 2002-ci ildə Misirə qayıdıb. “Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965),“Gülməli qızcığaz” (1968) və digər filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib.
2015-ci ildə aktyorun prodüseri onun Altsqeymer xəstəliyindən əziyyət çəkdiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri