Qahirədə İtaliya səfirliyi partladıldı: ölən və yaralananlar var
Misirin paytaxtı Qahirədə İtaliya səfirliyinin yaxınlığında partlayış törədilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Onlardan ikisi polis, üçü isə sakindir.
Səfirlik binasına ciddi zərər dəyib. Partlayış baş verən zaman səfirlik binası bağlı olub. Araşdırmalar nəticəsində məlum olub ki, terrorçular partlayıcı qurğunu avtomobildə yerləşdiriblər. Avtomobili isə binanın yaxınlığında park ediblər.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri