Natiq Əliyev: "İrana qarşı sanksiyaların ləğvi enerji sektorunu canlandıracaq"
"Sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Qərb ölkələri tərəfindən İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunması enerji sektoruna canlanma gətirəcək".
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
"Bu qərar bizi sevindirir. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də bu, OPEC tərəfindən kvotanın artırılması ilə nəticələnəcək" - deyə nazir qeyd edib.
Natiq Əliyev bildirib ki, İran qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması regionda yeni əməkdaşlıqlara yol açacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri