Məşhur narkobaron həbsxanadan belə qaçdı - REAL GÖRÜNTÜ
Meksikanın hüquq-mühafizə orqanları dünyanın ən təhlükəli narkobaronu olan "El-Çapo" ləqəbli Hoakin Qusmanın həbsaxnadan necə qaçdığının kadrlarını yayıb.
APA TV-nin məlumatına görə, narkomafiya başçısı ölkənin ən etibarlı - Almoloyya-de-Xuares həbsxanasından qaçıb. "El-Çapo" nəzarətçilərin gözündən yayınaraq, tunel vasitəsilə aradan çıxıb.
Tunelin uzunluğunun 1,5 kilometr olduğu bildirilir. Bu tunellər işıqlandırma və havalandırmanın stabil saxlanılması üçün qazılıb.
Ehtimallara görə, Hoakim Qusman bu məsafəni süründükdən sonra həbsxananın yaxınlığında olan tikinti ərazisinə çıxıb və burda onu əvvəlcədən gözləyən motosikletə minərək oradan uzaqlaşıb.
"El-Çapo" ləqəbli narkobaron ötən ilin fevralında həbs olunub. Bu vaxta qədər isə o, 15 il axtarışda olub. O, beynəlxalq narkotrafiklərin təşkilində və reallaşdırılmasında ittiham olunaraq 300 ildən 400 ilədək müddətə azadlıqdan məhrum edilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri