Gəncədə keçmiş məhkumların mübahisəsi bıçaqlanma ilə bitdi
Gəncədə əvvəllər məhkum olunmuş yaşlı kişi bıçaqlanıb.
APA TV-nin xəbərinə görə, araşdırma zamanı məlum olub ki, hadisəni törədən və zərərçəkən əvvəllər məhkumluq həyatı yaşayıb.
Bıçaqlanma hadisəsi şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Şəhər sakini Fərrux Hümbətov üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qarının qasıqüstü nahiyəsinin ön divarını dəlib-keçən yarası diaqnozu ilə dərhal əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlqar Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri