ABŞ-da silahlı insident: 4 hərbçi öldürüldü
ABŞ-da Tennessi ştatında baş verən silahlı insident nəticəsində 4 hərbçi ölüb.
APA Tv-nin xəbərinə görə, insident ABŞ hərbi donanmasının ehtiyat mərkəzində və çağırış məntəqəsinin yaxınlığında baş verib.
Pentaqon və ABŞ-ın dəniz piyadası Korpusu (USMC) Tennessi ştatının Çattanuqa şəhərində baş vermiş silahlı insident zamanı 4 hərbçinin öldürülməsi faktını təsdiqləyib.
Ölkə prokurorluğu hadisəni terror aktı kimi qiymətləndirib. Prokuror Bill Killian bildirib ki, Çattanuqa şəhərində atəş açaraq ABŞ Hərbi Dəniz Donanmasının 4 hərbi qulluqçusunu güllələyən şəxsin Çattanuqa sakini, 24 yaşlı Məhəmməd Yusif Əbdüləziz olduğu müəyyən edilib.
Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri