ABŞ-da kinoteatrda güllələnmə: 2 nəfər öldü
Amerikanın Luiziana ştatında kinoteatrda silahlı insident yaşanıb.
APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
İnsanları gülləbaran edən şəxs özü də intihar edib. Silahlı insident Lafeyett şəhərində qeydə alınıb. Seans başlayandan 20 dəqiqə sonra zala girən silahlı ətrafa atəş açmağa başlayıb. Ən azı yeddi şəxs yaralanıb. Hadisəni törədən şəxsin 58 yaşı olub. Onun adı hələ ki açıqlanmır.
Kinoteatrın ətrafı nəzarətə götürülüb. Polis ərazidə partlayıcı qurğuların yerləşdirilib-yerləşdirilmədiyini yoxlayır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri