Fazil Mustafaya sui-qəsdi onlar təşkil edib - ADLAR
Deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslərin 3-nün kimliyi məlum olub.
APA-nın məlumatına görə, ötən gün saxlanılan şəxslərin Səricanov Azər Kamran oğlu, Əsgərov Elşad Tofiq oğlu, Şirinov Səbuhi Vəliyəddin oğlu olduğu bildirilir.
İstintaqa cəlb olunan şəxslərin İran İslam Respublikasına dəfələrlə səfər etdiyi də deyilir. Saxlanılanlardan Azər Səricanov "Hacı Azər" kimi tanınır və "youtube"da çıxışları yayılıb.
Qeyd edək ki, Fazil Mustafaya qarşı törədilən terrorla bağlı 6 nəfər saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycandan keçməklə Ermənistana növbəti yük yola salındı