Bank Of Baku

PKK 10 türk polisini yaraladı, birini girov götürdü

# 10:54
25 iyul 2015

Türkiyənin Diyarbəkir və Hakkari əyalətlərində PKK terror təşkilatının törətdiyi partlayışlar nəticəsində azı 10 polis əməkdaşı yaralanıb, daha bir asayiş keşikçisi girov götürüb. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkirdə polis əməkdaşlarına hücum edən naməlum şəxs əl qumbarası atıb. Partlayış nəticəsində 7 polis yaralanıb. Hakkaridə isə kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində 3 polis yaralanıb. Yaralılardan birinin vəziyyətinin  ağır olduğu bildirilir. Məlumata görə, daha bir polis PKK terrorçuları olduğu ehtimal  edilən naməlum şəxslər tərəfindən girov götürülüb.  Diyarbəkir-Bingöl magistral avtomobil yolu ilə hərəkətdə olan polis əməkdaşının avtomobili silahlılar tərəfindən yolda saxlanılıb. Silahlılar polisin ailə üzvlərini sərbəst buraxıblar,  özünü isə girov götürərək naməlum istiqamətdə aparıblar.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR