BMT: Ukraynada 7 min nəfər ölüb, 17 min nəfər yaralanıb
Ukraynada son 15 ay ərzində hərbi münaqişə nəticəsində 7 minə yaxın insan həlak olub.
APA-nın "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı idarəsinin mətbuat katibi Sesil Puyi bildirib.
“2014-cü il aprelin ortalarından 2015-ci il iyulun 27-dək Ukraynanın şərqindəki münaqişə zonasında 6 832 nəfər (mülki və hərbi) həlak olub, azı 17 087 nəfər isə yaralanıb”, - deyə S.Puyi bildirib.
Hesabata “Malayziya Hava Yolları”na məxsus "Boeing" təyyarəsində ölən 298 nəfər də daxildir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri