Türkiyədə zəlzələ oldu
Türkiyənin Mersin vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.
APA-nın haberturk.com-a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 01:00-da qeydə alınan yeraltı təkanların episentri Aralıq dənizində, Mersin körfəzində yerləşib.
Zəlzələ Mersin, Adana, Osmaniye, Alanya və Qaziantepdə hiss olunub.
Hadisədən sonra sakinlər təşvişə düşərək küçələrə çıxıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində zərərçəkən olmayıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri