Zaqatala Hava Limanının bağbanı var, təyyarəsi yoxdur - Elşən Musayev
“Əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyət dəyişib”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
Deputat Zaqatala Hava Limanı ilə bağlı olan problemə də toxunub: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm”.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi