Gəncədə sərnişin mikroavtobusun altında qaldı
Kəlbəcər rayon sakini Gəncədə bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Şəhərdə 14 saylı marşrut xətti üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusun sərnişini, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Nazim Hümbətov maşından düşdükdən sonra nəqliyyat vasitəsinin arxasında dayanıb. Geriyə hərəkət edən mikroavtobus Nazim Hümbətovu vurub və o, hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri