İkiqülləli kran evin üstünə aşdı - REAL GÖRÜNTÜ
Hollandiyada iki qülləli kran evlərin üstünə aşıb. APA TV-nin "Reuters"ə verdiyi məlumata görə, hadisə Alfen-an-de-Reyn şəhərində baş verib. İki kranın evlərin üstünə aşması nəticəsində azı 20 nəfərin yaralandığı bildirilir.
Çayın üzərində restavrasiya edilən körpünün parçalarını daşıyan kranların aşmasının səbəbi hələlik məlum deyil.
Hadisə zamanı bəzi ev və ofislərə ciddi ziyan dəyib. Alfen-an-de-Reyn bələdiyyəsi hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və sakinləri hadisənin baş verdiyi əraziyə yaxınlaşmamağa çağırıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri