İŞİD daha bir məsciddə partlayış törədib, 15 nəfər ölüb
Səudiyyə Ərəbistanın cənub-qərbindəki Abha şəhərində məscidlərin birində törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Ölənlərdən 12 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. APA TV-nin məlumatına görə, xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan məsciddə partlayış ötən gün günorta saatlarında törədilib. Partlayışın üzərinə partlayıcı qurğu bərkidilmiş terrorçu-kamikadze tərəfindən törədildiyi qeyd olunur.
Qeyd edək ki, mayda Səudiyyə Ərəbistanında bir neçə məsciddə törədilən partlayış nəticəsində 20-dən çox adam ölüb. Partlayışlara görə məsuliyyəti öz üzərinə İŞİD terror qruplaşması götürüb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri