Bank Of Baku

ABŞ tarixində ən böyük narkotik qaçaqmalçılığı: 32 ton kokain!

# 12:31
11 avqust 2015

ABŞ tarixində ölkə ərazisinə ən böyük kokain yükü gətirilməsinə cəhd edilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, sahil mühafizə xidməti əməkdaşları narkotik dolu gəmini saxlamağa nail olublar. 4 ay əvvəl başlayan əməliyyat müddətində onlar daha çox dənizdə vaxt keçiriblər. Nəhayət tutulan gəmi San-Dieqo limanına gətirilib. Yükün çəkisi 32 tondur. Narkotacirlərin olduğu gəmidən başqa, sərhədçilər iki sualtı qayığı da həbs ediblər. Tutulan kokainin qiymətinin "qara bazar"da bir milyard dolları keçdiyi bildirilir.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR