Sabirabad sakini: “Camış bircə dəfə vurmaqla öldürdü”
Sabirabadda camış sahibini vurub öldürüb, daha bir nəfəri isə yaralayıb. APA TV-nin məlumatına görə, hadisə Sabirabad rayonunun Qarağac kəndində qeydə alınıb. Kənd sakini Şəmsi İbrahimova məxsus camış ona və həmyerlisi Rafiq Əzizova müxtəlif dərəcəli xəsarətlər yetirib. Şəmsi İbrahimov hadisə yerində ölüb. Rafiq Əzizov isə təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri