Lənkəranda evə basqın! Bir ailənin dörd üzvü bıçaqlandı! - VİDEO
Lənkəranda quldurluq hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 22 yaşlı Qalib Əhmədzadəyə, qızı, 20 yaşlı Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin Oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara həkimlər tərəfindən zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri